Parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksi ilə tanış olub
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksini ziyarət edib.
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 5-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib.
Deputatlar Lüksemburqa səfər edəcəklər
Milli Məclisin Lüksemburqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nigar Məmmədova və işçi qrupun üzvü Elçin Mirzəbəyli mayın 6-da Lüksemburq Böyük Hersoqluğunun Lüksemburq şəhərinə səfər edəcəklər.
Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının töhfəsinə həsr olunmuş sərgidə
Milli Məclis sədrinin müavini Rafael Hüseynov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 6-da Sloveniya Respublikasının Lyublyana şəhərinə səfər edəcək.
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Milli Məclisdə “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirə keçirilib
Mayın 2-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirəsi keçirilib. İctimai müzakirədə Milli Məclisin deputatları, ölkənin beyin mərkəzlərinin nümayəndələri, media və vətəndaş cəmiyyətinin təmsilçiləri, kibertəhlükəsizlik sahəsində mütəxəssislər, ekspertlər və digər şəxslər iştirak ediblər.
Deputatlar Zimbabveyə səfər edəcəklər
Milli Məclisin deputatları, Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Zaur Şükürov və Məzahir Əfəndiyev Zimbabve parlamenti sədrinin dəvətinə əsasən mayın 3-də bu ölkənin Harare şəhərinə səfər edəcəklər.
Deputatlar Monteneqroya səfər edəcəklər
Milli Məclisin deputatları Azay Quliyev və Müşfiq Cəfərov ATƏT PA çərçivəsindəki İpək Yolu Qrupunun V Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün mayın 4-də Monteneqronun Budva şəhərinə səfər edəcəklər.
İtaliyalı parlamentarilər Ağdam, Xankəndi və Şuşaya səfər ediblər
Mayın 1-də İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Ağdama gəlib.
Milli Məclisin plenar iclasında
Mayın 1-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İordaniyalı qonaqlar Milli Məclisdə
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərov aprelin 29-da İordaniya Haşimilər Krallığı Senatının üzvü Asia Abdel ilə görüşüb.
İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri arasında görüş keçirilib.
Mill Məclisdə görüş
Aprelin 29-da Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb.
Əmək və sosial siyasət komitəsinin iclasında
Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitənin sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.
İtaliyalı deputatlar Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 29-da Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər.
Lefkoşada TEKNOFEST Beynəlxalq Festivalı keçiriləcək
Milli Məclisin deputatı Ramil Həsən aprelin 30-da Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcək.
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb.
TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının onlayn iclası keçirilib
Aprelin 28-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatları” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.
Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gəlib
Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün Vatikana səfərə gəlib.

