Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gəlib

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün Vatikana səfərə gəlib.
Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.
Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi