Ana səhifə  /  XƏBƏRLƏR
1288

Milli Məclisin iclasında

İyunun 13-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

13 iyun 2025    17:12
600

Qazaxıstanın Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib

İyunun 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib. İclasda TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova çıxış edərək, bu toplantıda aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

12 iyun 2025    12:01
579

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-də Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gəlib.

11 iyun 2025    20:31
1007

Elm və təhsil komitəsinin iclasında

İyunun 11-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitənin sədri Anar İsgəndərov iclasda bir məsələnin – “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim edildiyini söyləyib.

11 iyun 2025    17:00
784

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

İyunun 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin – “Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini söyləyib.

10 iyun 2025    19:00
865

Beynəlxalq konfransda

Milli Məclisin deputatı, parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü Qaya Məmmədov iyunun 9-da Macarıstanın Budapeşt şəhərinə səfərə gedəcək.

05 iyun 2025    17:41
1033

Çinli qonaqlar Milli Məclisdə

Milli Məclisin bir qrup deputatı iyunun 5-də Çin Xalq Siyasi Məşvərət Şurasının Quanqdonq Əyalət Komitəsinin sədri Lin Keqingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

05 iyun 2025    16:00

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.