Ana səhifə  /  XƏBƏRLƏR
2299

Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini xanım Su Huinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

15 sentyabr 2025    16:15
2398

Milli Məclis Aparatının nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Xəbər verdiyimiz kimi, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi Parlament Aparatının nümayəndə heyəti Özbəkistanda səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Ali Məclisi Senatında və Qanunvericilik Palatasında olub və bir sıra görüşlər keçirib.

13 sentyabr 2025    12:30
2177

Asiya Parlament Assambleyasının komitə iclasında

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 13-də Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.

12 sentyabr 2025    16:21
500

Mədəniyyət komitəsinin iclasında

Sentyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Polad Bülbüloğlu komitə üzvlərinə qarşıdakı sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

12 sentyabr 2025    16:07
534

Aqrar siyasət komitəsinin iclasında

Sentyabrın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb, gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

12 sentyabr 2025    15:54
2152

Dostluq Mübadiləsi üzrə Parlamentarilər Forumunda

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramid Namazov Çin Xalq Respublikasında səfərdədir.

11 sentyabr 2025    18:29
538

Elm və təhsil komitəsinin iclasında

Sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Anar İsgəndərov komitə üzvlərinə qarşıdakı sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.

11 sentyabr 2025    16:36
673

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında

Sentyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Səməd Seyidov komitə üzvlərinə bu sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb. O, iclasın gündəliyinə 9 məsələnin – yaz və növbədənkənar sessiyalarının hesabatının, payız sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.

10 sentyabr 2025    17:19
609

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

Sentyabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Arzu Nağıyev komitə üzvlərinə bu sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 3 məsələnin daxil olunduğunu bildirib.

09 sentyabr 2025    17:52
2524

Milli Məclisdə görüş

Avqustun 25-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Senatının Mədəniyyət və media daimi komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

25 avqust 2025    15:39

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.