Ana səhifə  /  XƏBƏRLƏR
2467

Milli Məclisin deputatı Belarusa səfər edəcək

Milli Məclisin deputatı Gülşən Paşayeva Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında iştirak etmək üçün oktyabrın 27-də Belarus Respublikasının Minsk şəhərinə səfər edəcək.

24 oktyabr 2025    15:05
1066

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Oktyabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.
İclası açan komitə sədri Əli Hüseynli bildirib ki, gündəliyə 8 məsələ daxil edilib.

21 oktyabr 2025    16:57
2821

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Namibiya Milli Assambleyasının sədri Saara Kuugongelva və Bosniya və Herseqovina Parlament Assambleyası Nümayəndələr Palatasının sədri Denis Zvizdic ilə görüşüb.

20 oktyabr 2025    22:12
2055

Milli Məclisin plenar iclasında

Oktyabrın 17-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

17 oktyabr 2025    16:39
711

Əmək və sosial siyasət komitəsinin iclasında

Oktyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəliyə 1 məsələnin - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinin daxil edildiyini bildirib.

16 oktyabr 2025    17:18

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.