Milli Məclisin deputatı Gürcüstana səfər edəcək

Milli Məclisin deputatı Səbinə Salmanova oktyabrın 23-də Gürcüstanın Borjomi şəhərinə səfər edəcək.
Millət vəkili səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin iclasında iştirak edəcək. Tədbirdə “QDİƏT Regionunda Davamlı Sosial-İqtisadi İnkişaf üçün Süni İntellekt - Hüquqi Aspektlər” mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.
Səfər oktyabrın 25-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

