Ana səhifə  /  XƏBƏRLƏR
326

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynlinin başçılıq etdiyi nümayəndə heyəti komissiyanın 21-ci iclasında iştirak etmək üçün iyunun 19-da Moskva şəhərinə səfər edəcək.

17 iyun 2024    14:34
306

Macarıstan parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Macarıstan Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

17 iyun 2024    12:38
955

Milli Məclisin iclasında

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə cari məsələlər müzakirə olunub.

14 iyun 2024    17:23
301

Beynəlxalq tədbirlərdə

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov “Millətlərin azadlığı uğrunda” – neokolonializmin müasir təcrübələrinə qarşı mübarizə tərəfdarlarının Forumunda, deputat Elşad Mirbəşir oğlu isə “Yedinaya Rossiya” partiyası tərəfindən təşkil olunmuş Beynəlxalq partiyalararası Forumda iştirak etmək üçün iyunun 15-də Rusiya Federasiyasının Vladivostok şəhərinə səfər edəcəklər.

14 iyun 2024    17:01
1154

Əmək və sosial siyasət komitəsinin iclasında

İyunun 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə cənab Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş iki qanun layihəsinin müzakirəsi daxil edilib.

13 iyun 2024    16:44
364

Milli Məclisdə görüş

İyunun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, sədr müavini Sevinc Fətəliyeva və komitənin üzvü Asim Mollazadə ADA Universitetinin “Xarici Siyasət Proqramı”nda iştirak edən bir qrup gənc diplomatla görüşüblər.

13 iyun 2024    15:18
482

Milli Məclisin nümayəndə heyəti Belarus Milli Kitabxanasında olub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Milli Kitabxanasında olub. Nümayəndə heyəti kitabxanada yaradılan şəraitlə tanış olub, burada saxlanılan kitablar barədə məlumat alıb.

13 iyun 2024    09:05
359

Aqrar siyasət komitəsinin iclasında

İyunun 11-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Tahir Rzayev müzakirəyə Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) təqdim edildiyini bildirib.

11 iyun 2024    15:23
259

Milli Məclisdə görüş

İyunun 11-də parlamentin Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar Əliyev Albaniya Respublikası parlamentinin üzvləri Eduard Şalsi və Arben Pellumbi ilə görüşüb.

11 iyun 2024    15:15

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.