Parlamentlərarası komissiyanın növbəti iclasında

Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclası keçirilir.
İclasda Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Əhmədov, Milli Məclisin deputatları – Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu, Arzu Nağıyev, Hicran Hüseynova, Bəxtiyar Əliyev, Azər Allahverənov, Sevinc Hüseynova, Nizami Səfərov, Mixail Zabelin və Anar Məmmədov iştirak edirlər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

