Ana səhifə  /  XƏBƏRLƏR
339

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında

Martın 2-də TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının onlayn formatda 10-cu iclası keçirilib. "Keyfiyyətli təhsil sahəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində post-pandemiya vəziyyətində transsərhəd təhsilin inkişafında TÜRKPA üzv dövlətləri arasında əməkdaşlıq" mövzusuna həsr edilmiş iclasa TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonov moderatorluq edib.

02 mart 2023    18:10
665

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Martın 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib.

01 mart 2023    16:17
601

Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Martın 3-də parlamentdə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçiriləcək.

01 mart 2023    12:14
440

Milli Məclisin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşündə

Fevralın 28-də Milli Məclisin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş keçirilib. Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukrayna parlament nümayəndə heyətini Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirib.

28 fevral 2023    18:10
411

Milli Məclisdə görüş

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli fevralın 28-də Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

28 fevral 2023    17:48
379

Milli Məclisin və Meksika Deputatlar Palatasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş

Fevralın 28-də Milli Məclisin və Meksika Deputatlar Palatasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş keçirilib. Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlığın möhkəm təməllər üzərində qurulduğunu vurğulayaraq, bu münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini qeyd edib.

28 fevral 2023    15:45
387

Meksika parlamentinin nümayəndə heyəti ilə görüşdə

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev fevralın 28-də ölkəmizdə səfərdə olan Meksika parlamentinin Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

28 fevral 2023    15:00
411

Ankarada anım tədbiri keçirilib

Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada TADİV Şuşa Konfrans Mərkəzində “Kədərdə və qədərdə çiyin-çiyinə” adlı anım tədbiri təşkil edilib.

27 fevral 2023    19:30
372

Meksikalı parlamentarilər Şuşa şəhərində olublar

Ölkəmizdə rəsmi səfərdə olan Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın başçılıq etdiyi parlament nümayəndə heyəti fevralın 27-də Şuşa şəhərində olub.

27 fevral 2023    18:02
399

Niderlandda AŞPA Daimi Komitəsinin iclası keçiriləcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov fevralın 27-dən martın 4-dək Niderlandın Haaqa şəhərində səfərdə olacaq.

25 fevral 2023    11:27
2069

Milli Məclisin plenar iclasında

Fevralın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023-cü ilin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

24 fevral 2023    19:30
426

Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirdə

Milli Məclisin deputatı Nurlan Həsənov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım tədbirində iştirak etmək üçün fevralın 24-də Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcək.

23 fevral 2023    12:20

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.