Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gəlib

Sədrin səfərləri
18 noyabr 2026 | 20:53   

Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.

Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin sədrini Türkmənistan Məclisinin Elm, təhsil, mədəniyyət və gənclər siyasəti komitəsinin sədri Bayramgözəl Muradova, MDB PA-nın Baş katibi Dmitri Kobitski, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov  və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU