Beynəlxalq tədbirdə

Tədbirlər
01 sentyabr 2026 | 10:02   

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 2-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.

Səfər çərçivəsində deputatımız “İnformasiya Texnologiyaları və İnnovasiya Fondu”  (İTİF) tərəfindən  təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək.

Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Səfər sentyabrın 6-da başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU