Deputatlarımız Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

Tədbirlər
17 iyul 2026 | 10:41   

Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvləri parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Heydər Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər edəcəklər.

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklerin dəvəti əsasında baş tutacaq səfər çərçivəsində millət vəkilləri 19-21 iyul tarixlərində keçiriləcək Sülh Hərəkatının 52-ci ildönümü münasibətilə Sülh və Azadlıq Bayramına həsr olunmuş tədbirlərdə və bir sıra görüşlərdə iştirak edəcəklər.

                                                                                                                                                 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU