Deputatlarımız İstanbulda keçiriləcək Forumda iştirak edəcəklər

Tədbirlər
03 iyun 2026 | 15:46   

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Nigar Arpadarai “Sıfır Tullantı Forumu 2026” adlı tədbirdə iştirak etmək üçün iyunun 4-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

İstanbul Sıfır Tullantı Həftəsi çərçivəsində keçiriləcək və “Antalyaya gedən yol: Sıfır tullantı iqlim tədbiri kimi” mövzusuna həsr olunmuş Forumda sıfır tullantı və iqlim dəyişikliyi məsələlərinin müzakirəsi, əməkdaşlığın təşviqi, həmçinin bu sahədə müxtəlif sektorlar üzrə dayanıqlı yanaşmaların araşdırılması barədə fikir mübadiləsi aparılacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU