Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransı çərçivəsində bir sıra görüşlər keçirib

Sədrin səfərləri
03 iyun 2026 | 15:25   

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.

Parlamentlərarası İttifaqın  prezidenti Tulia Akson, ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons, Zimbabve Senatının sədri Mabel Memori Çinomona, Parlamentlərarası İttifaqın yeni seçilmiş Baş katibi Anda Filip, təşkilatın vitse-prezidenti Qabriela Moravska-Stanetska, İcraiyyə Komitəsinin üzvü Karen Bredli və Büro sədri Sintia Lopez Kastro, Mərakeş Nümayəndələr Palatasının vitse-spikerləri – Nadia Tuhami və Zaina İd Hali, Mavritaniya parlamentinin sədr müavini Siham Nacem ilə görüşlərdə Qlobal Konfransın qadın parlamentarilər arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Söhbətlər zamanı çoxtərəfli platformaların önəmi vurğulanıb, beynəlxalq parlament təşkilatları çərçivəsində, həmçinin qanunvericilik orqanları arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU