Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Sədrin səfərləri
03 iyun 2026 | 10:16   

Serbiya Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Spiker Sahibə Qafarova abidənin önünə gül dəstələri düzüb.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.

Spiker Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sonra burada görkəmli serb yazıçısı Milorad Paviçin də abidəsini ziyarət edib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU