Qlobal Qadınlar Sammitində

Tədbirlər
02 iyun 2026 | 12:36   

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qlobal Qadınlar Sammitində iştirak etmək üçün iyunun 3-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Komitə sədri sammit çərçivəsində qadınların dəstəklənməsində dövlət və özəl sektor arasında əməkdaşlığa həsr olunan dəyirmi masada iştirak edəcək, müzakirələr zamanı çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşəcək.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU