NATO Parlament Assambleyasının yaz sessiyasında

Tədbirlər
26 may 2026 | 15:14   

Milli Məclisin NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Könül Nurullayeva, Kamran Bayramov və Samir Vəliyev bu qurumun yaz sessiyasında iştirak etmək məqsədilə mayın 28-də Litva Respublikasının Vilnüs şəhərinə səfər edəcəklər.

Sessiya çərçivəsində NATO PA-nın  Daimi, Siyasi, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya, Müdafiə və təhlükəsizlik, Demokratiya və təhlükəsizlik komitələrinin toplantıları keçiriləcək. İclaslarda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların hərbi sahədə tətbiqi, tədqiqat təhlükəsizliyi, kritik infrastrukturun qorunması, terrorizmlə mübarizə, NATO-nun gələcək müdafiə qabiliyyətlərinin formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər iyunun 1-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU