Milli Məclisin deputatları Almaniyaya səfər edəcəklər

Tədbirlər
18 aprel 2026 | 12:09   

Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələrə üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, qrupun üzvləri Kamal Cəfərov, Gülşən Paşayeva və Nigar Arpadarai aprelin 19-da Almaniyanın Berlin şəhərinə səfər edəcəklər.

Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə parlament dostluq qrupunun rəhbəri Mirze Edisin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində deputatlar Almaniya Bundestaqında olacaqlar, burada görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər aprelin 23-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU