Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Sədrin səfərləri
16 aprel 2026 | 09:27   

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) İstanbulda keçirilən 152-ci Assambleyası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Görüş zamanı iki qardaş ölkə arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Eyni zamanda, parlamentlərin də bu əməkdaşlığa verdiyi töhfə xüsusi vurğulanıb.

Söhbətdə parlamentlər arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunulub. Tərəflər parlament təşkilatları çərçivəsində həmrəylikdən və qarşılıqlı dəstəkdən məmnunluqlarını ifadə ediblər. Bu çərçivədə PAİ-nin mühüm platforma olduğu diqqətə çatdırılıb, eyni zamanda qeyd edilib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də iki ölkə parlamentinin əməkdaşlığı üçün mühüm önəm daşıyır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU