Antalya Diplomatiya Forumunda

Tədbirlər
15 aprel 2026 | 12:34   

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov aprelin 16-da V Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcəklər.

“Sabahı planlaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə” mövzusuna həsr edilmiş Forumda dünya liderləri, siyasətçilər, diplomatlar, akademiklər, biznes ekspertləri, media və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcəklər. Tədbirdə diplomatiya sahəsində qlobal tendensiyalar və regional dinamika barədə müzakirələr aparılacaq, aktual problemlərin mümkün həll yolları haqqında fikir mübadiləsi keçiriləcək.

Səfər aprelin 19-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU