Milli Məclisin sədri Sahibə Qafarova və Belarus Milli Assambleyası Respublika Şurasının sədri arasında telefon danışığı olub

Tədbirlər
07 mart 2026 | 09:49   

Martın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ilə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında telefon danışığı olub.

Telefon danışığı zamanı regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Natalya Koçanova Naxçıvan Muxtar Respublikasına qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumlarından narahatlığını ifadə edib, bu hücum zamanı mülki şəxslərin ziyan görməsindən təəssüfləndiyini bildirib və yaralıların tezliklə sağalmasını diləyib.

Telefon danışığı zamanı iki ölkənin parlamentləri arasında dialoq və qarşılıqlı fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU