İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının iclasında

Milli Məclisin deputatı Ceyhun Məmmədov fevralın 1-də Mavritaniya İslam Respublikasının Nuakşot şəhərinə səfər edəcək.
Səfər çərçivəsində millət vəkili burada keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 55-ci İcraiyyə Komitəsinin iclasında iştirak edəcək.
Səfər fevralın 6-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

