İspaniya Krallığı Deputatlar Konqresinin sədri ölkəmizə səfərə gəlib

Tədbirlər
22 yanvar 2026 | 22:03   

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 22-də ölkəmizə rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında İspaniya parlament nümayəndə heyətini Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, İspaniyanın Türkiyə və Azərbaycandakı səfiri Kristina Latore, Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində  Fransina Armenqol Sosiasın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU