Ankarada Ulu Öndərin anım gününə həsr olunmuş tədbirdə

Tədbirlər
05 dekabr 2025 | 12:49   

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Eldar Quliyev və Anar Məmmədov dekabrın 9-da Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.

Deputatlarımız burada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə  Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirə qatılacaqlar, səfirlik tərəfindən nəşr olunmuş Ulu Öndərin həyat və fəaliyyətinə  dair kitabın təqdimat mərasimində iştirak edəcəklər.

Səfər dekabrın 11-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU