Deputatımız Çin Xalq Respublikasına səfər edəcək

Milli Məclisin deputatı Vüqar Bayramov noyabrın 30-da Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı İnstitutunun Beyin Mərkəzlərinin Doqquzuncu İnkişaf Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasının Urumçi şəhərinə səfər edəcək.
Forum “Yaşıl təşəbbüslərin transformativ təsirinin innovativ maliyyələşdirmə mexanizmləri vasitəsilə sürətləndirilməsi” mövzuna həsr olunacaq.
Səfər dekabrın 5-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

