Milli Məclisin deputatları Avstriyaya səfər edəcəklər

Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və qrupun üzvü Azər Kərimli noyabrın 24-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.
Avstriya Parlamentinin Azərbaycanla əlaqələr üzrə işçi qrupunun dəvəti əsasında baş tutacaq səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı barədə müzakirələrin aparılması nəzərdə tutulub.
Səfər noyabrın 27-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

