Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib

Sədrin səfərləri
02 noyabr 2025 | 13:01   

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib.

Müxtəlif ölkələrin dövlət, hökumət və parlament rəhbərlərinin iştirak etdiyi tədbirdə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi salamlama nitqi söyləyib.

Açılış mərasimi Misir mədəniyyətini əks etdirən bədii proqramın nümayişi ilə davam edib, daha sonra muzeyin ən simvolik artefaktlarının sərgisi nümayiş olunub.

Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar və  100.000-dən çox artefakt mövcuddur.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU