Deputatımız Malayziyaya səfər edəcək

Tədbirlər
29 oktyabr 2025 | 08:47   

Milli Məclisin deputatı Pərvanə Vəliyeva oktyabrın 30-da Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcək.

Deputatımız Malayziya Parlamenti, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlamentlərarası Assambleyasının (AİPA)  və Şərqi Asiya üzrə İqtisadi Araşdırmalar İnstitutunun  birgə təşkil etdiyi ikinci üçtərəfli forumda iştirak edəcək.

Forum çərçivəsində “Qeyri-sabit dünyada enerji təhlükəsizliyi: Geosiyasi gərginliklər dövründə asılılığın azaldırlması”,“İqlim kəsişməsi: Sıfır emissiya istiqamətində addımların sürətləndirilməsi” və digər mövzularda müzakirələr aparılacaq.

Səfər noyabrın 5-də başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU