Deputatımız Türkiyə Respublikasına səfər edəcək

Oktyabrın 16-da Milli Məclisin deputatı Hikmət Məmmədov Türkiyə Respublikasının Qars şəhərinə səfər edəcək.
Millət vəkili səfər çərçivəsində Türk Dünyasında Azərbaycan Türkcəsi və Ədəbiyyatı İkinci Beynəlxalq Simpoziumda iştirak edəcək.
Səfər oktyabrın 19-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

