Milli Məclisin deputatları Kolumbiyaya səfər edəcəklər

Tədbirlər
10 oktyabr 2025 | 15:39   

Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov və qrupun üzvü Müşfiq Məmmədli oktyabrın 12-də Kolumbiyanın Boqota şəhərinə səfər edəcəklər.

Millət vəkilləri səfər çərçivəsində keçiriləcək görüşlər zamanı parlamentlər arasında əlaqələrin genişləndirilməsi və ikitərəfli əməkdaşlıq təşəbbüsləri haqqında fikir mübadiləsi aparacaqlar.

Səfər oktyabrın 18-də başa çatacaq.

 

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU