QDİƏT PA-nın komitə iclasında

Tədbirlər
10 oktyabr 2025 | 10:46   

Deputat Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) İqtisadi siyasət və inkişaf  komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 13-də Serbiyanın Belqrad şəhərinə səfər edəcək.

Komitənin iclasında “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” adlı hesabat və tövsiyə layihəsi müzakirə olunacaq.

Səfər oktyabrın 15-də başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU