Xorvatiya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Tədbirlər
07 oktyabr 2025 | 20:41   

Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Xorvatiya parlamentinin sədrini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Anar İmanov, Branko Zebiç və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU