Narkotiklər üzrə Beynəlxalq Qanunvericilik Şəbəkəsinin 1-ci Qlobal Görüşündə

Tədbirlər
21 iyun 2025 | 16:15   

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Narkotiklər üzrə Beynəlxalq Qanunvericilik Şəbəkəsinin 1-ci Qlobal Görüşündə  iştirak etmək üçün iyunun 23-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

BMT-nin dəstəyi ilə keçiriləcək tədbirdə Sintetik narkotik maddələr və yaranan təhlükələrin qarşısının alınması, Multilateralizm və sintetik narkotik maddələrə qarşı effektiv mübarizədə parlamentlərin rolu, Narkotiklərə qarşı səmərəli müdaxilələri dəstəkləmək üçün qanunvericilik yolları, İctimai  sağlamlığın qorunması və bu sahədə təsirli həll yollarının təmin edilməsi mövzularında müzakirələr aparılacaq.

Parlamentarilərimiz tədbirdə çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı ölkəmizdə görülən işlər barədə məlumat verəcəklər.

Səfər iyunun 26-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU