Deputatımız Türkiyəyə səfər edəcək

Tədbirlər
21 iyun 2025 | 10:03   

Milli Məclisin deputatı Vüqar İskəndərov iyunun 22-də Türkiyə Respublikasının İzmir vilayətinə səfər edəcək.

Millət vəkili səfər çərçivəsində İzmirin Berqama şəhərində keçiriləcək Berqama Kermesi festivalında iştirak edəcək.

Səfər iyunun 26-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU