Misir Ərəb Respublikası Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib

Tədbirlər
25 may 2025 | 02:36   

Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razekin başçılığı ilə  parlament nümayəndə heyəti mayın 25-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Misir Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Misirlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov, Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Abdel Vahab Abdel Razekin  ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Rəsmi səfər mayın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU