Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Tədbirlər
20 may 2025 | 16:11   

Milli Məclisin deputatları - NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvü Tahir Mirkişili NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün mayın 21-də ABŞ-nin Ohayo ştatının Dayton  şəhərinə səfər edəcəklər.

Sessiya çərçivəsində seçkilərin kibertəhlükəsizliyinin gücləndirilməsi, transatlantik tərəfdaşlığa çağırış, cari və gələcək təhdidlərlə mübarizə, Dayton sazişlərinin imzalanmasının 30 illiyi  və digər mövzularda müzakirələr aparılacaq.

Səfər mayın 29-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU