Deputatımız İspaniya Krallığına səfər edəcək

Tədbirlər
20 may 2025 | 16:01   

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 21-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcək. O, 22–23 may tarixlərində keçiriləcək Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumunda iştirak edəcək.

Komitə sədri səfər çərçivəsində, həmçinin 24 may tarixində Azərbaycan Respublikasının İspaniyadakı səfirliyi tərəfindən təşkil olunacaq 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.

Səfər mayın 25-də başa çatacaq.

 

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU