Milli Məclisin nümayəndə heyəti Madriddə Prado muzeyində olub

Sədrin səfərləri
20 may 2025 | 11:42   

Milli Məclisin sədri Sahibə Qafarovanın İspaniya Krallığına rəsmi səfəri davam edir.

Səfər çərçivəsində parlament nümayəndə heyəti Madriddə Prado muzeyində olub. Parlament nümayəndə heyətinin üzvləri muzeydə saxlanılan eksponatlarla tanış olublar.

Qonaqlara məlumat verilib ki, muzeydə məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkə pul vahidləri ziyarətçilərə təqdim olunur. İl ərzində üç milyona yaxın insanın üz tutduğu bu mədəniyyət ocağının kolleksiyasında təqribən 8600-dan çox rəsm əsəri saxlanılır.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU