Milli Məclisin sədri Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib

Sədrin səfərləri
18 may 2025 | 22:27   

 

Mayın 18-də Vatikanda Müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun taxtaçıxma mərasimi keçirilib.

Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Milli Məclisin sədri mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma papası seçilməsi münasibəti ilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU