Deputatlar Ankaraya səfər edəcəklər

Tədbirlər
16 may 2025 | 17:10   

 

Milli Məclisin deputatları Əziz Ələkbərov, Qaya Məmmədov, Ramil Həsən, Məlahət İbrahimqızı, Tənzilə Rüstəmxanlı mayın 18-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.

Millət vəkilləri "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" adlı beynəlxalq konfransda iştirak edəcəklər.

Səfər zamanı deputatlar, həmçinin Türkiyə Böyük Millət Məclisi, Ədalət və İnkişaf Partiyasının rəsmiləri ilə təşkil olunacaq görüşlərə də  qatılacaqlar.

Səfər mayın 22-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU