Milli Məclisin deputatı Qazaxıstana səfər edəcək

Tədbirlər
13 may 2025 | 17:36   

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova  mayın 14-də Qazaxıstanın Aktau şəhərinə səfər edəcək.

Millət vəkili səfərdə Qazaxıstan Xalq Assambleyasının 30 illik yubileyi və Aktau şəhərinin türk dünyasının paytaxtı elan edilməsi çərçivəsində keçiriləcək “Ana. Cəmiyyət. Gələcək” adlı beynəlxalq forumda iştirak edəcək.

Səfər mayın 17-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU