İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş forumda

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş forumun işində iştirak etmək üçün aprelin 28-də Rusiya Federasiyasının Volqoqrad şəhərinə səfər edəcək.
Forum Qələbənin 80 illiyinə, faşizmə qarşı döyüşənlərin qəhrəmanlığını əks etdirən tarixi həqiqətlərin qorunub saxlanılmasına və müdafiəsinə, eləcə də gənc nəslin əxlaqi-mənəvi dəyərlər əsasında vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə həsr olunub.
Səfər aprelin 30-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi