Deputatlarımız Türkiyəyə səfər edəcəklər

Tədbirlər
25 aprel 2025 | 13:18   

Milli Məclisin deputatları - Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvü Samir Vəliyev və Cavanşir Feyziyev TÜRKPA xətti ilə NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik komitəsi ilə Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupunun birgə seminarında iştirak etmək üçün aprelin 27-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəklər.

Tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, Türkiyənin xarici və təhlükəsizlik siyasəti prioritetləri, Suriya və Yaxın Şərqin dəyişən strateji mənzərəsi, Körfəz ölkələrinin artan rolu və regionda NATO ilə tərəfdaşlığın gücləndirilməsi, terrorizm təhlükəsi və NATO-nun terrorla mübarizədə mövqeyi və digər mövzular müzakirə olunacaq.

Səfər mayın 1-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU