Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib (yenilənib)

Sədrin səfərləri
18 aprel 2025 | 14:57   

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib.

İclaslarda ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.

Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Şura iclasında müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar assambleyanın 58-ci plenar və yaz sessiyasının komissiya iclaslarında iştirak və çıxış ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU