Milli Məclisin sədri Sahibə Qafarova Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin üzvü, TBMM-in NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya, atası Osman Çavuşoğlunun vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Məktubda Milli Məclisin sədri bu ağır itki ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin adından və şəxsən öz adından başsağlığı verib, Mövlud Çavuşoğluya, mərhumun ailəsinə və yaxınlarına səbir və dözüm diləyib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi