Dağıstan Respublikası Xalq Məclisinin yubiley tədbirlərində

Milli Məclis sədrinin müavini Musa Qasımlı və deputat Azər Badamov Rusiya Fedrasiyasının Dağıstan Respublikası Xalq Məclisinin 30 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 17-də Mahaçqala şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində Milli Məclisin deputatları “Parlamentlərarası əməkdaşlıq: qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, regionlararası və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi amili” mövzusunda konfransda və Xalq Məclisinin 30 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edəcək, bu yubileyə həsr olunmuş fotosərgiyə baxacaq və bir sıra digər mədəni tədbirlərə qatılacaqlar.
Deputatların səfəri aprelin 20-də başa çatacaqdır.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi