Rumıniya parlament nümayəndə heyəti Bakıda dahi rumın bəstəkarı Corce Eneskunun abidəsini ziyarət edib
_1744640956.jpeg)
Aprelin 14-də ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakının Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corce Enesku adına parkda olub.
Rumıniya parlament nümayəndə heyətinin üzvləri burada görkəmli bəstəkar Corce Eneskunun abidəsini ziyarət edərək, abidə önünə güllər düzüblər, xatirəsini ehtiramla yad ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi