Deputatlarımız Türkiyəyə səfər edəcəklər

Tədbirlər
09 aprel 2025 | 14:22   

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nigar Arpadarai, Əziz Ələkbərov, Ramil Həsən aprelin 10-da IV Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcəklər.

“Bölünən dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilmiş Forumda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət qulluqçuları, deputatlar, diplomatlar, beyin mərkəzlərinin ekspertləri, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələri bir araya gələcəklər.

Tədbirdə qlobal və regional səviyyədə prioritet təşkil edən məsələlərin konstruktiv şəkildə həlli, beynəlxalq sistemi ciddi sınağa məruz qoyan mübahisə və münaqişələrin diplomatiya yolu ilə aradan qaldırılması, dünyada sülhə, firavanlığa və sabitliyə nail olunması yollarının axtarılması barədə müzakirələr aparılacaq.

Səfər aprelin 13-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU