Milli Məclisdə görüş

Tədbirlər
07 aprel 2025 | 18:09   

Aprelin 7-də Milli Məclisin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev və Zaur Şükürov ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Manla görüşüblər.

Görüşdə Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə iki ölkə arasında münasibətlərin inkişafı, Böyük Britaniyanın Azərbaycanın müstəqilliyi və suverenliyi məsələlərində ədalətli mövqeyi barədə fikirlərini bölüşüb.

Söhbət zamanı deputatlar Tural Gəncəliyev və Zaur Şükürov Azərbaycan-Britaniya parlamentlərarası münasibətləri, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə danışıblar.

Görüşdə Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Man ölkələrimiz arasında mövcud olan iqtisadi və ticarət tərəfdaşlığının əhəmiyyəti, bölgədə sabitliyin yaranması ilə iqtisadi inkişaf üçün geniş potensialın mövcudluğu, bu mühitdən səmərəli istifadə olunmasının vacibliyi barədə fikirlərini açıqlayıb.

Söhbətdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU