Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Sədrin səfərləri
10 mart 2025 | 17:24   

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Sonra Milli Məclisi sədri Qəhrəmanlar Meydanında Memorial kompleksini ziyarət edib. Spiker Sahibə Qafarova burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Burada Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU